
Prof. Dr. Rəşad Şolan ESSIC 2024 konqresində iştirak edərək interstisial sistitin eksperimental modelləri mövzusunda məruzə etdi. Məruzə beynəlxalq tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı.
Mərkəzimizin rəhbəri bu sahədə aparılan son tədqiqatları, yeni diaqnostik biomarkerləri və eksperimental müalicə metodlarını təqdim etdi. Konqres Azərbaycan tibb elminin beynəlxalq arenada tanınmasına böyük töhfə verdi.